Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

SİFƏT

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir.
Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur.


Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidirƏşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.


Sifətin Quruluşca Növləri

Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur:

Sadə sifətlər

Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara, uzun, gödək, qısa, hündür, qalın, nazik və s. Azaltma və çoxaltma dərəcələrinin şəkilçilərini qəbul edən sifətlər də quruluşca sadə sayılır. Məsələn: sarışın, uzunsov, ağımtıl, qıpqırmızı, gömgöy, qapqara və s.

Düzəltmə sifətlər

Düzəltmə sifətlər isimlərin və fellərin sonuna leksik şəkilçi artırmaqla düzəlir. Hansı nitq hissəindən düzəlməsinə görə düzəltmə sifətlər iki qrupa bölünür: isimdən düzələn sifətlər, feldən düzələn sifətlər.

İsimdən Düzələn Sifətlər

Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri artırmaqla düzəlir:
    lı4: maraq-lı (dərs), tərbiyə-li (uşaq), su-lu (xörək), ütü-lü (paltar) və s.
    sız4: dad-sız (meyvə), bilik-siz (tələbə), ot-suz (yer), güc-süz (uşaq) və s.
    cıl": zarafat-cıl (oglan), iş-cil (adam), söhbət-cil (qonşu), qohum-cul (kişi), ölüm-cül (yara) və s.
    dakı2: kitab-dakı (şəkillər), həyət-dəki (ağac) və s.
    ı4: badam-ı (göz), çərkəz-i (papaq), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən sözlərdə bu şəkilçi -yı və -yi səklində islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və s.
    i (- vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng qanununa tabe olmur və bir cür yazılan tarix-i (hadisə), dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi (masa), ailə-vi (dostluq) və s.
    kı, — ki, — kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat), axşam-kı (söhbət), dünən-ki (külək), bildir-ki (hadisə), bugun-kü (xəbər) və s. Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir. "
    lıq4: ay-lıq (maaş), il-lik (plan), don-luq (parça), üz-lük (daş) və s.
Bu şəkilçilərdən -lı4 və -sız4 antonim şəkilçiləridir: yağ-lı / yağ-sız (ət); duz-Iu / duz-suz (xörək), ağıl-lı / ağıl-sız (insan) və s.
-lı4, -lıq4, -ı4 şəkilçiləri isə həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: sultan-lıq -isim, ağıl-lı (uşaq) -sifət; yaxşı-lıq -isim, qurban-lıq (qoç) -sifət; yaz-ı -isim, palıd-ı (rəng) -sifət və s.
Qeyd: Sifət düzəldən -lı4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı olaraq [-rı4], [-nı4], [-dı4] şəklində tələffüz olunur. Məsələn: qarlı [qarrı], dadlı [dəddı], buludlu [bulutdu] və s.

Feldən Düzələn Sifətlər

Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət düzəlir:  -ağan (-əyən): qaç-ağan (at), gül-əyən (uşaq) və s. 
Ağla-ğan (körpə) düizəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada fel kökü saitlə bitdiyi üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
-qan (-kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüs-kən (yer), döyüş-kən (asgər) və s. 
Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin köməyi ilə düzləmişdir. Bu sözdə fel cingiltili samitlə bitdiyi üçün şəkilçinin ilk samiti də kar yox, cintilili samitdir.
-gın4 (-gin -ğun, -gün). Bu şəkilçi sonu cingiltili samitlə bitən fel köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət), sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), duz-gün (cavab) və s.
-qın4 (-qın, -kin, -qun, -kün): Yuxarıdakı şəkilçinin variantı olan bu şəkilçi sonu kar samitlə bitən fel köklərinə qoşulur: sat-qın (adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava), küs-kün (baxış), öt-kün (söz) və s.
-q4 (-q -k) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək), uç-uq (ev), sök-ük (divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
-ıcı4qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qür-ucu (əllər), öldür-ücü (gülüs).
-aq1 (-q, -k): qorx-aq (adam), ürk-ək (at), parla-q (saç), titrə-k (səs) və s.
-unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.

Qeyd 1: Feldən sifət düzaldən bu şəkilçilərdən -qın, -ğın şəkilçiləri ilə bəzi isimlər də düzəlir.  Məsələn:basqın, yanğın, qırğın, sürgün və s.
Qeyd 2: -ıq va -aq şəkilçiləri həm də feldən isim düzəldir:  bacar-ıq, bili-ik, yat-aq, sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.
Qeyd 3: -kan, -kin, -kün şəkilçilərinin ilk samiti tələffüzdə cingiltili tələjfüz olunur. Məsələn:  sürüşkən — [sürüşgən], kəskin - [kəsgin), ötkün — [ötgün] və s.

Mürəkkəb sifətlər

Mürəkkəb sifətlər bir neçə yolla yaranır:
1. İki sadə sözün birləşməsi ilə: qaraqaş (qız), uzunsaç (gəlin), hazırcavab (oğlan), diribaş (uşaq) və s.
2. Birincisi sadə, ikinci düzəltmə olan sözün birləşməsi ilə: ucaboylu (oğlan), taleyüklü (məsələ), məqsədyönlü (iş), sözdəyişdirici (şəkilçi), qarabuğdayı (sifət), beşmərtəbəli (ev) və s.
3. İki düzəltmə sözün birləşməsi ilə: açıqürəkli, sınıqqəlbli, soyuqqanlı (adamlar) və s. Belə mürəkkəb sifətlərin birinci tərəfi feldən düzələn sifət, ikinci tərəfi isə isimdən düzələn sifət olur.
4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə: dılışırin (uşaq), yaxasıaçıq (köynək), dağüstü (park), ölkələrarası (yarış) və s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə: yaşıl-yaşıl (çəmənlər), uzun-uzun (yollar), dadlı-dadlı (meyvələr), qalaq-qalaq (odun), yığın-yığın (daşlar), böyük-böyük (evlər) və s. Belə sifətlər əşyanın çoxluğunu bildirir və onlardan sonra gələn isimlər daha çox cəmdə işlənir.
6. Biri (bəzən də hər ikisi) ayrdıqda işlənməyən sözlərin birləşməsi ilə: uzun-uzadı (söhbət), kələ-kötür (yol), əzik-üzük (dəsmal), əyri-üyrü (yol), qarma-qarışıq (yuxu) və s.
7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli (həyət), daşlı-kəsəkli (yol), irili-xırdalı (daşlar), elmi-kütləvi (jurnal) və s.  İlk dörd qayda üzrə düzələn mürəkkəb sifətlər bitişik, qalan qaydalar üzrə düzələnlər isə defislə yazılır.

Sifətin Müqayisə Dərəcələri

Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidirMüxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.

Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə
2. Azaltma dərəcəsi
3. Çoxaltma dərəcəsi

Adi Dərəcə

Əlamətin adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti — qrammatik şəkilçisi yoxdur. Məsələn: ag, qara, sirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr üçün ölçü, me yar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma dərəcələrini müəyyən edə bilmerik. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri adi dərəcə əsasında yaranır və müəyyən edilir.

Azaltma dərəcəsi

Əlamətin adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki üsulla düzəlir:
1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri artırmaqla:
-ımtıl4ağ-ımtıl, boz-umtul, göy-ümtül, san-mtıl və s.
-ımtraq (-mtraq): ağ-ımtraq, san-mtraq
-sov (-ımsov, — ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov
-şın: sarı-şın, qara-şın və s.
-raq, -rək: yaxşı-raq, gödə-rək (ikinci sözün kökündəki k (gödək) samiti düşür. (Bu şəkilçi ilə düzələn sifətlər müasir dilimizdə nadir hallarda işlənir).
2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi qoyulur: açıq-qırmızı, açıq-sarı və s.  (Bəzi sifətlərin əvvəltndə işlənən az, ala, təhər sözləri də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, alayarımçıq, göy təhər və s.).

Çoxaltma dərəcəsi

Əlamətin adi haldan çox olduğunu bildirir. Çoxaftma dərəcəsi də azaltma dərəcəsi kimi iki üsulla düzəlir:
1. Morofoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ila düzəlir:
a) Adi dərəcədə olan sifətlərin sonuna -ca1 şəkilçisini artırmaqla: canlı-ca (şəkil), zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oglan) və s.
b) Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvez olunması və sifətin təkrar ona qoşulması ilə:
göy-göm+göy = gömgöy,
qırmızı — qıp+qırmızı = qıpqırmızı,
doğru — dos+doğru = dosdoğru və s.
Sifətin ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl -yam+yaşıl = yamyaşıl, sarı — sap+sarı = sapsarı, təmiz -tər+təmiz= tərtəmiz, bütün — büs+bütün =büsbütün və s.
2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox, daha, olduqca ədatlarından biri, düm hissəciyi və tünd sözü artırılır.  Ədatlar ayrı, düm hissəciyi ilə bitişik yazılır. Tünd sözündən sonra defis qoyulur: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı, dümağ, tünd-göy və s.

Sifətin İsimləşməsi

Bəzi sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə sifətlər isimləşmiş (substantivləşmiş} sifətlər adlanır. İsimləşmiş sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm, hal, mənsubiyyət şəkilçilərini qəbul edir
Məsələn: Qocalara hörmət hər bir gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu cümlələrdəki qoca, gənc və igid sifətləri aid olduqlan isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara -qocalara). Eyni cümlədəki gənc sifəti də oğlanın (gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti isə döyüşçülərimiz (igid döyüşçülərimiz)  ismini əvəz etmişdir. İsimləşmiş sifətlər cümlədə mübtəda və tamamlıq vəzifələrində çıxış edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş sifət kimi təhlil olunur.

Sifətin Cümlədə Rolu

Sifətİər cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış edir. Bu halda xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul edir. Məsələn: yaxsıyam, yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və s.

Sifətin Təhlil Qaydası

Sifətin təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
1.     Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və sualı
2.     Quruluşca növü
3.     Dərəcəsi
4.     Bağlı olduğu söz
5.     Cümlədə rolu

Məsələn: Anar ağıllı və hazırcavab oğlandır. O, sinifdə ən çalışqan şagirddir.
Ağıllı — keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir, ağıl ismindən düzəlmişdir. Adi dərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir.  Hazırcavab — keyfiyyət bildirir, necə? sualına cavab olur.Quruluşca mürəkkəbdir:  hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir.  Çalışqan — keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.



╔═══════════════════╗
  📑Özünüzü sınayın 
╚═══════════════════╝

4 yorum:

  1. Dərəcələri öyrənmək istəyirdim, öyrəndim.

    YanıtlaSil
  2. Buraya daxil olmaq olmur üstündən basıram olmur

    YanıtlaSil
  3. Təşəkkürlər😘Gözəl sınaq idi

    YanıtlaSil
  4. Teşekkürler

    YanıtlaSil