Sözlərin və cümlələrin təsir gücünü
qüvvətləndirən köməkçi nitq hissəsinə ədat
deyilir.
Ədatları işləndiyi cümlələrdən
çıxarsaq, həmin cümlələrin mənası müəyyən dərəcədə zəifləyə bilər. Məsələn: Artıq gözlədiyimiz gün gəlib çatdı. Bu
cümləni artıq ədatı olmadan da işlətmək olar və ondakı məna dəyişməz,
yalnız bir qədər zəifləmiş olar. Deməli, ədatların əsas vəzifəsi cümlədəki mənanı
daha da qüvvətləndirmək və dinləyicinin diqqətini müəyyən bir cəhətə daha artıq
yönəltməkdir.