Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

FONETİKA

  • Danışıq səslərini öyrənir.
  • Dodaqlar, dil və səs telləri danışıq səslərini formalaşdıran fəal üzvlərdir. 
  • Danışıq səsləri yazıda hərflərlə işarə olunur. 
  • Danışıq səsləri iki növə bölünür: saitlər və samitlər

Saitlər

Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Onların səslənməsində avaz olur.Saitlər həm də heca əmələ gətirirlər.

Dilimizdə 9 sait var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]

Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var: 

1. Qalın saitlər (dilarxası) : [a], [ı], [o], [u]
   İncə saitlər (dilönü) : [ə], [i], [ö], [ü], [e] 


2. Qapalı saitlərv (dar): [ı], [i], [u], [ü]
   Açıq saitlər (geniş): [a], [ə], [o], [ö] [e]


3. Dodaqlanan saitlər: [o], [ö], [u], [ü] 
   Dodaqlanmayan saitlər: [a], [ə], [ı], [i], [e]

Uzun tələffüz olunan saitlər:

* Əsasən, ərəb mənşəli bəzi sözlərdə saitlər uzun tələffüz olunur.
[a:] – hakim, əfsanə 
[e:] – memar, elan:
[ə:] – təlim, məna
[ö:] – şölə, mötəbər, tövbə [tö:bə] 
[u:] – səbuhi, xüsusi
[i:]  – sima, zinət
[o:] – sonra [so:ra], dovşan [do:şan].

Dilimizdə [ı], [ü] saitləri isə uzun tələffüz olunmur. İstisan olaraq üfüqi sözündə -ü saiti uzun tələffüz olunur: [ üfü: qi ]

Samitlər:

Samitlərin tələffüzündə ağız boşluğunda müxtəlif maneələrə rast gəlinir.  Samitlər səs tellərinin iştirakına görə iki yerə bölünür:

1.  Kar samitlər - təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir.
2.  Cingiltili samitlər- tələffüzündə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

Cingiltili
[b]
[q]
[v]
[ğ]
[d]
[j]
[z]
[y]
[g]
[c]
[l]
[m]
[n]
[r]
-
Kar 
[p]
[k']
[f]
[x]
[t]
[ş]
[s]
[x']
[k]
[ç]
-
-
-
-
[h]


[l], [m], [n], [r] samitlərinin kar, [h] samitinin cingiltili qarşılığı yoxdur. Bunlar Sonor samitlər adlanır.
[m], [n] samitlərinin əmələ gəlməsində hava axını, əsasən, burun boşluğundan çıxır. Həmin samitlərə burun samitləri deyilir.


Dilimizdə 25 samit səs 23 hərflə ifadə olunur. [k'], [x'] samitlərini ifadə etmək üçün xüsusi hərf yoxdur, onlar k hərfi ilə göstərilir.

Qoşasaitli sözlərin yazılışı və tələffüzü:

Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur: maaş - [ma:ş], təəssüf - [tə:ssüf], bədii - [bədi:]. Lakin eynicinsli o ilə yazılan sözlər vurğusuz və uzadılmış [a:] kimi tələffüz olunur: kooperasiya - [ka:perasiya].


Tərkibində ai, əi, iə ( bəzən io, ia, eə, aü, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir: ailə - [ayilə], zəif - [zəyif], təbiət - [təbiyət], radio - [radiyo], iaşə - [iyaşə], maneə - [maniyə], təqaüd - [təqayüt], teatr - [tiyatr]  - Səsartımı  


Əa, üa, üə birləşmələrində birinci tələffüz olunmur, ikinci sait uzun tələffüz olunur.

Müəllim [mə:llim], əmioğlu [əmoğlu], dayıoğlu [dayoğlu] - Səsdüşümü


Şücaət, fauna, raund, xaos, qənaət, pauza, məcmuə, sual mətbuat, seans, bəraət, şüəra, riayət, memuar, qiraət, aktual sözləri yazıldığı kimi tələffüz olunur.


Qoşasamitli sözlərin yazılışı və tələffüzü:

Eynicinsli qoşa kk, pp və tt yazılanlar: səkkiz [səkgiz], əlbəttə [əlbətdə], hoppanmaq [hopbammax].
Eynicinsli qoşa qq hərfləri ilə yazılanlar: diqqət [dik'qət].

Bb, cc, dd, ff, ll, mm, nn, rr, vv, ss, şş, zz fərq olmur.

Qoşa yy yazılanlar:
1. Bir y ilə tələffüz olunanlar: kəşfiyyat [kəşviyat], bələdiyyə [bələdiyə].- İyyat , - iyyət, - iyyə şəkilçisi 
2. İki yy ilə tələffüz olunanlar: səyyar [səyyar], təyyarə [təyya:rə]. (Sözün kökündə olarsa )

Söz ortasında iki kar samitdən ikincisi cingiltili olur: isti [isdi], təşkil [təşgil], döyüşkən [döyüşgən].

Söz ortasında n samitindən sonra b,m samitlərinin işlənməsi: günbəz [gümbəz], dinməz [dimməz].

Q samitindən sonra kar və cingiltili samitlərin işlənməsi:
nöqsan [nök'san], miqyas [miqyas], qonaq otağı [ qonağ ], qonaq stəkanı [qonax] - milli sözlərdə

K samitindən sonra samit gələrsə:
məktəb [məx'təb], küləkli [küləx'li], çiçək ətri [çiçəy], çiçək səbəti [çiçəx’] - milli sözlərdə

Alınma sözlərdə: iştirak, şərik- şərikin, iştirakın

* Mələk istisna – mələyin

Sözün sonunda iki samit işlənən təkhecalı sözlər: fənn, haqq, hədd, həll, hiss, xətt, sədd

Ahəng Qanunu

Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə deyilir: baxışlar, zəiflik, anadan.

Əsl Azərbaycan mənşəli sözlər ahəng qanununa tabe olur. (İşıq, ilan, ilğım, inam, inanmaq, işıldamaq, iraq, ilxı, ildırım, işartı, quzey, tikan sözləri istisnadır).

Alınma sözlərdə, əsasən, ahəng qanunu olmur: hakim, şüa, səfa, libas və s.
Bəzi alınma sözlər zahirən ahəng qanununa tabe olur: qələm, dəftər, məktəb, bülbül, münsif.

Əslində ahəng qanununa tabe olmayan alınma sözlərin bir qismi ahəng qanununa uyğunlaşdırılmışdır: adəm-adam, maqazin-mağaza, qazeta-qəzet,  faidə-fayda.

Ahəng qanunu kök və şəkilçi qovşağında daha möhkəm və sabit olur. Hər hansı bir sözə dilimizə aid şəkilçi artırsaq o, hökmən sözün son hecasınn ahənginə uyuşmalıdır: təyyarəçilər, kitabdan. Bu xüsusiyyətinə görə ahəng qanunu həm də morfoloji hadisədir. Ümumiyyətlə ahəng qanunu morfonoloji hadisə sayılır.
Alınma şəkilçilər bir cür yazıldığı üçün ahəng qanununa tabe olmurlar: bərbərxana, xeyirxah, inqilabi.

Heca

Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə deyilir. Sözdəki hecaların sayı saitlərin sayına bərabərdir.
  • Saitlə qurtaran heca açıq heca adlanır: a-ta, sü –ni.
  • Samitlə bitənlər qapalı heca adlanır: məh-sul, mək-təb.
Azərbaycan dilində samit səs, əsasən, özündən sonrakı saitin yaratdığı hecaya daxil olur: danışıq, kü-lək.

İki samit səs saitlərin əhatəsindədirsə, birinci samit əvvəlki hecaya, ikinci samit isə sonrakı hecaya daxil olur: mək-təb, sər-raf.

Söz ortasında üç samit yanaşı işlənərsə: gənc-lər, dinc-lik, sen-tyabr, ak-tyor, kon-kret.

Köklə şəkilçi birləşməsində iki sait yanaşı işləndikdə araya bitişdirici samit artırılır: o-na, bu-na, su-yu, ata-sı.

Sözün sətirdən sətrə keçirilməsi:

Sözün əvvəlində təkcə saitdən ibarət heca sətrin sonunda qala bilmədiyi kimi, sözün sonunda olan təkcə saitdən ibarət heca da sonrakı sətrə keçirilə bilməz: i-şa-rə, ü-lə-ma, bə-di-i.

Rəqəmlə yazılan saylara aid şəkilçiləri rəqəmdən ayırıb yeni sətrə keçirmək olmaz: 1955//ci, 10 //dan.

Soyadların yanında olan qısaltmaları sətrin sonunda saxlayıb, soyadı yeni sətrə keçirçək olmaz: İ //Əfəndiyev, Ə //Cəbrayılov.

Rəqəmlə yazılan miqdar sayının yanındakı ixtisarı və ya faiz əlamətini yeni sətrə keçirmək olmaz: 15 //kq, 100 //%, 18 //m/

Mürəkkəb adların ixtisarlarını hecalara ayırıb keçirmək olmaz: AŞ // PA, NA //TO.

Əlifba

Bütün hərflərin müəyyən sıra ilə düzülüşünə deyilir. Əlifbada hərflər quruluşuna görə böyük və kiçik olur. Hər bir hərfin çap və əlyazma forması vardır. Əlifbamızda 32 hərf vardır. Bizim əlifbamız latın qrafikalı Azərbaycan əlifbasıdır. Azərbaycanda 1929-cu ilədək ərəb, 1929-1939 latın, 1939-2001 kiril əlifbalarından istifadə edilmişdir. 2001-ci ilin avqustun 1-dən Azərbaycan Prezidentinin fərmanı ilə ölkəmizdə bütövlükdə latın qrafikasına keçilmə təmin edilmişdir.

Vurğu

İki əsas növü vardır:
1. Heca
2. Məntiqi



Sözdəki hecalardan birinin o birinə nisbətən qüvvətli deyilməsinə deyilir. 

Dilimizdəki sözlərin çoxunda vurğu son hecaya düşür: Azərbayca'n, şahi‘n, epilo‘q, atla‘z, istiqlaliyyə‘t, kassi‘r, monastı‘r, iməcili‘k, servi‘z.Bu prinsip bir çox alınma sözlərdə pozulur:  a‘gent, e‘kspert, ka‘mera, ma‘mont,  filo‘sof, la‘kin, se‘rvis.

Bəzi Əsl Azərbaycan sözlərində, sifətin çoxaltma dərəcəsində olan sifətlərdə vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır: ba‘yaq, dü‘nən, bil‘dir, ni‘yə, ne‘cə, san‘ki, a‘ncaq, gö‘mgöy, sa‘psarı, qu‘pquru.

Söz şəkilçi qəbul edərkən vurğu şəkilçinin üzərinə keçir, buna görə də heca vurğusu keçici sabit vurğu sayılır: insa'n – insanla'r , məktə'b – məktəbli' – məktəblilərdə'n.

Vurğu qəbul etməyən şəkilçilər:
1. –gil: əmi‘mgil, Elçi‘ngil.
2. –ov, -yev, -ova, -yeva : Əli‘yev, Pir‘yev.
3. İsmə aid xəbərlik şəkilçiləri: müəlli‘məm, vətənda‘şsan, ağıllı‘dır.
4. Felin inkar şəkilçisi – ma, mə: ya‘zma, gə‘lmə.
5. Felin nəqli keçmiş, indiki, qəti gələcək və qeyri-qəti gələcək zamanından sonra gələn şəxs şəkilçiləri: yazmı‘şam, gələcə‘yik, yaza‘rsınız.
6. İdi hissəciyinin qısa şəkli: gələcə‘kdi.
7. İmiş hissəciyinin qısa şəkli: oxuya‘rmış.
8. İsə hissəciyinin qısa şəkli: gələ‘rsə.
9. –madan, mədən: ya‘zmadan.
10. –arkən , -dıqca, -ınca şəkilçisinin ikinci hecası: qaça‘rkən.
11. Felin əmr II şəxsinin cəm şəkilçisi -ın: ya‘zın.
12. –lar şəkilçisi ismə, felin əmr, şərt və şühudi keçmiş zamana artırıldıqda vurğu qəbul edir: gəlsələ‘, oxudula‘r, insanla‘r.
13. Zərf düzəldən -la, -casına, -ən, -ca: ehtiya‘tla, da‘xilən, qəhrəma‘ncasına, ru‘sca.
14. İlə qoşmasının qısa şəkli: qata‘rla, qələ‘mlə.
15. –ca qoşması: uşa‘qca.
16. –mı ədatı: yazdı‘nmı, gördü‘nmü.
17. –cə modal sözdə: sə‘ncə, zənni‘mcə.


1 yorum:

  1. Hər kəsə bu blogu istifadə etməyi məsləhət görürəm. Mən razı qaldım.

    YanıtlaSil