Sayın mənaca növlərı
Sayın mənaca iki növü
vardır:
1. Miqdar sayları
2. Sıra sayları
Miqdar sayları özünün
də üç növü var:
1. Müəyyən miqdar sayları
2. Qeyri-müəyyən miqdar
sayları
3. Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdar sayları əşyanın
konkret miqdarını bildirir və neçə?,
nə qədər? suallarına cavab veriri. Məsələn: beş, on, yüz, üç və
s. Dilimizdə quruluşca sadə olan müəyyən miqdar sayları cəmi 23-dür: bir,
iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli,
altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, mlyard, trilyon. Bu sözlərdən
yalnız son üçü alınma sözdür, qalanları əsl Azərbaycan-türk sözləridir. Sıra
sayları və mürəkkəb müəyyən
miqdar sayları bu 23 sayın əsasında yaranır.
Müəyyən miqdar saylarından sonra
gələn isimlər təkdə işlənir.
Məsələn: beş şagird,
beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik
cəhətdən səhvdir.
Xalqımiz min illər boyu
azadlığı uğrunda mübarizə aparmışdır cümləsində il sözünün cəm şəkilçisi
qəbul etməsi istisna haldır, həmçinin bu nümunədəki min sayı müəyyən-miqdar
sayı olsa da, cümlə daxilində qeyri-müəyyənlik bildirir.
Müəyyən miqdar sayları ilə
isimlər arasında çox vaxt numerativ sözlər işlənir.
Həmin sözlər, əsasən, aşağıdakılardır:
Nəfər –
insan bildirən isimlərlə işlənir.
Baş –
əsasən, heyvan bildirən isimlərlə işlənir. Məsələn: on baş öküz, yüz baş qoyun və
s.
Ədəd, dənə –
cansız əşya bildirın isimlərlə işlənir.
Cüt, dəst –
qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir.
Göz, tikə, parça, dəstə,
top, metr, ton və s. numerativ sözləri də müəyyən
miqdar sayları ilə isimlər arasında işlənir.
Dilimizdə bəzi isimlər də
nümunələrdə numerativ söz məqamında işlənə bilir. Məsələn: bir vedrə su, iki qaşıq xörək, üç
yeşik meyvə və s.
Miqdar sayları ilə ismin
arasında işlənən bəzi numerativ sözlər kəmiyyət fərqi əməmlə gətirə bilir: Məsələn: iki cüt corab ( 4 dənə corab deməkdir.
) bir dəstə uşaq ( 1 –dən çox uşaq deməkdir. )
Qeyri-müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar
sayları əşyanın dəqiq olmayan miqdarını
bildirir və nə qədər? sualına
cavab verir. Məsələn: beş-altı,
üç-dörd və s. Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar
sayları aşağıdakılardır: az, çox, xeyli, bir qədər, bir çox, onlara,
çoxlu, yüzlərlə və s.
Az və çox sayları ən, lap, daha ədatları
ilə də işlənə bilər: ən
az, lap çox, daha çox və s.
Bir çox, bir sıra saylarından
sonra gələn isimlər isə cəmdə işlənir: bir
çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə,
minlərcə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdə
işlənə bilir. Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isimlər isə təkdə
işlənir: xeyli kitab,
bir qədər odun, az adam və s.
Bir-iki, üç-dörd, beş-altı tipli
qeyri müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə,
dəst, dəstə kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma və
s.
Bir-iki, üç-dörd, beş-altı tipli
saylara təqribi (təxmin) miqdar sayları da deyilir.
Qeyri-müəyyən miqdar
saylarından yalnız təqribi (təxmin) miqdar sayları nə qədər? sualı ilə
yanaşı, neçə? sualına da cavab verir.
Kəsr sayları
Kəsr sayları ya tamın
(bütövün) hissəsini, ya da tam və hissəni bildirir və nə qədər?, neçə hissə? suallarına
cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da2 şəkilçisinin
köməyi ilə yaranır. Məsələn: beşdə
üç, iki tam onda beş və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb olur.
Sıra sayları
Sıra sayları əşyanın
sırasını bildirir və neçənci? sualına
cavab verir. Sıra sayları müəyyən miqdar saylarına -inci4 şəkilçisini
artırmaqla düzəlir: altmışıncı,
səksəninci, doqquzuncu və s.
Kökü saitlə bitən saylara qoşulduqda bu şəkilçinin iki saiti düşür: altıncı, ikincı və s.
Əvvəl, axır, filan, son sözləri
də -inci4 şəkilçisi
ilə işləndikdə sıra sayı məzmununu bildirir və şərti olaraq say hesab
edilir: əvvəlinci
(sıra), axırıncı (dərs), sonuncu (zəng), filanıncı (il) və s.
Sıra sayları bəzən hansı? sualına da
cavab olur. Məsələn: birinci
(hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə, onuncu (hansı?) sinif və
s.
Sıra saylarından sonra gələn
isimlər cəm şəkilçisi qəbul edə bilir. Məsələn: beşinci siniflər, 90-cı illər, onuncu
sıralar və s.
Sıra sayları başqa saylara
nisbətən daha çox isimsiz işlənə bilir (isimləşir). Məsələn: Onuncular irəlidədirlər. Birincilərə
mükafat verdilər və s.
Sıra sayları quruluşca sadə
olmur, ya düzəltmə, ya da mürəkkəb olur.
Sıra
sayları üç cür yazılır:
1. Sözlə: birinci,
altıncı, on beşinci və s.
2. Ərəb rəqəmləri
və -ıncı şəkilçisinin ixtisar forması olan –cı şəkilçisi ilə: 6-cı,
1-ci, 4-cü, 35-ci və s. Sıra
saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə
(nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1.1) və s.
3. Roma rəqəmləri
ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir
şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə
göstərilir: I, V, X, L (50), C (100), D (500), M (1000) Bunların müxtəlif şəkildə
birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.
Sayın isim kimi işlənə bilməsi
Say da sifət
kimi ismi əvəz edə bilir. ismi əvəz edən say təklikdə (isimsiz) işlənir, yəni isimləşir. İsimləşmiş
say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına
cavab olur və cümlədə mübtəda,
tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir: Məsələn: Beşincilər (kim?) yarışda qalib gəldirlər.
Beşlərimdən (nədən?) xoşum gətir. Beş (nə?) üçdən (nədən?) çoxdur. Gələn
onunculardır (kimdir?).
Bəzi sayların yazılışı və deyilişi
Dilimizdəki
bəzi sayların yazılışı və tələffüzü fərqlənir. Bu cür saylar, əsasən,
aşağıdakılardır: dörd —
[dört], səkkiz — [səkgiz], doqquz — [dokquz], altmıs — [atmış], əlii altı — [əllaltı],
səksən -[səysən] s. Dörd sayı
-üncü şikilçisini qəbul etdikdə isə kökdəki sonuncu samit sait səsdən əvvəl gəldiyi
üçün cingiltilitələffüz olunur. [dordüncü].
Say cümlədə ən çox təyin olur. Yuxarıda qeyd olunduğu kimi, say isimləşdikdə mübtəda, tamamlıq, bəzən də xəbər ola bilir.
Sayın təhlil qaydası
Say
aşağıdakı qaydada təhlil olunur:
- Ümumi qrammatik mənası, sualı
- Hansı isimlə bağlı olması
- Quruluşca növü
- Mənaca növü
- Cümlədə rolu
Birinci — əşyanın sırasını bildirir, neçənci? sualına
cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır,
cümlədə təyindir.
Beş — əşyanın miqdarını bildirir, neçə? sualına cavab
olur. Qiymət ismi
ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.
╔═══════════════════╗
╚═══════════════════╝
davaml olsun. Sayənizdə çox şey öyrəndim.
YanıtlaSilcox gozel biliklerdir
YanıtlaSildoru soyluyorsunuz hakikate
YanıtlaSil