Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir.
Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur.
Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur.
Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Sifətin Quruluşca Növləri
Sifətlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur:
Sadə sifətlər
Sadə sifətlər bir kökdən ibarət olur. Məsələn: ağ, qara,
uzun, gödək, qısa, hündür, qalın, nazik və s. Azaltma və
çoxaltma dərəcələrinin şəkilçilərini qəbul edən sifətlər də quruluşca sadə
sayılır. Məsələn: sarışın, uzunsov, ağımtıl, qıpqırmızı, gömgöy, qapqara və
s.
Düzəltmə sifətlər
Düzəltmə sifətlər isimlərin və fellərin sonuna leksik şəkilçi
artırmaqla düzəlir. Hansı nitq hissəindən düzəlməsinə görə düzəltmə sifətlər
iki qrupa bölünür: isimdən düzələn sifətlər, feldən düzələn sifətlər.
İsimdən Düzələn Sifətlər
Bu növ düzəltmə sifətlər isimlərə aşağıdakı leksik şəkilçiləri
artırmaqla düzəlir:
—
lı4: maraq-lı (dərs),
tərbiyə-li (uşaq), su-lu (xörək), ütü-lü (paltar) və s.
—
sız4: dad-sız (meyvə),
bilik-siz (tələbə), ot-suz (yer), güc-süz (uşaq) və s.
—
cıl": zarafat-cıl
(oglan), iş-cil (adam), söhbət-cil (qonşu), qohum-cul (kişi), ölüm-cül
(yara) və s.
—
dakı2: kitab-dakı (şəkillər),
həyət-dəki (ağac) və s.
—
ı4: badam-ı
(göz), çərkəz-i (papaq), armud-u (stəkan), gümüş-ü (saç) və s. Sonu saitlə bitən
sözlərdə bu şəkilçi -yı və -yi səklində islənir: xurma-yı (saç), qəhvə-yi (rəng) və
s.
—
i
(- vi): Yalnız ərəb və fars mənşəli sözlərə qoşulan bu alınma şəkilçi ahəng
qanununa tabe olmur və bir cür yazılan tarix-i (hadisə), dövr-i (mətbuat), daxil-i (siyasət), dairə-vi
(masa), ailə-vi (dostluq) və s.
—
kı,
— ki, — kü: qabaq-kı (sıra), çoxdan-kı (əhvalat), axşam-kı (söhbət), dünən-ki
(külək), bildir-ki (hadisə), bugun-kü (xəbər) və s.
Misallardan göründüyü kimi, bu şəkilçi, əsasən, zərflərdən sifət düzəldir.
"
—
lıq4: ay-lıq
(maaş), il-lik (plan), don-luq (parça), üz-lük (daş) və s.
Bu şəkilçilərdən -lı4 və -sız4 antonim şəkilçiləridir: yağ-lı / yağ-sız
(ət); duz-Iu / duz-suz (xörək), ağıl-lı / ağıl-sız (insan) və
s.
-lı4, -lıq4, -ı4 şəkilçiləri isə
həm də isim düzəltdiyi üçün omonim şəkilçilərdir: sultan-lıq -isim, ağıl-lı
(uşaq) -sifət; yaxşı-lıq -isim, qurban-lıq (qoç) -sifət; yaz-ı -isim, palıd-ı (rəng) -sifət
və s.
Qeyd:
Sifət düzəldən -lı4 şəkilçisi qoşulduğu sözün son samitindən asılı
olaraq [-rı4], [-nı4], [-dı4] şəklində tələffüz
olunur. Məsələn: qarlı [qarrı], dadlı [dəddı], buludlu [bulutdu] və s.
Feldən Düzələn Sifətlər
Aşağıdakı leksik şəkilçilərin köməyi ilə fel köklərindən sifət
düzəlir: -ağan (-əyən): qaç-ağan
(at), gül-əyən (uşaq) və s.
Ağla-ğan
(körpə) düizəltmə
sifəti də bu şəkilçinin köməyi ilə düzəlmişdir. Burada fel kökü saitlə bitdiyi
üçün şəkilçidəki birinci sait səs düşmüşdür.
-qan (-kən): çalış-qan (şagird), dalaş-qan (uşaq), sürüs-kən (yer), döyüş-kən
(asgər) və s.
Deyingən (qoca) düzəltmə sifəti də bu şəkilçinin
köməyi ilə düzləmişdir. Bu sözdə fel cingiltili samitlə bitdiyi üçün şəkilçinin
ilk samiti də kar yox, cintilili samitdir.
-gın4 (-gin -ğun, -gün). Bu şəkilçi sonu cingiltili
samitlə bitən fel köklərinə qoşulur: az-ğın (düşmən), dal-ğın (baxış), gər-gin (iş), əz-gin (sifət),
sol-ğun (çiçək), yor-ğun (adam), süz-gün (baxış), duz-gün (cavab) və
s.
-qın4 (-qın, -kin, -qun, -kün): Yuxarıdakı şəkilçinin
variantı olan bu şəkilçi sonu kar samitlə bitən fel köklərinə qoşulur: sat-qın
(adam), kəs-kin (söz), bit-kin (fıkir), coş-qun (dəniz), tut-qun (hava),
küs-kün (baxış), öt-kün (söz) və s.
-q4 (-q -k) aç-ıq (qapı), əz-ik (paltar), yan-ıq (çörək), uç-uq (ev), sök-ük
(divar), soyu-q (su), çürü-k (meyvə), böyü-k (usaq) və s.
-ıcı4: qır-ıcı (təyyarə), keç-ici (xəstəlik), qür-ucu (əllər), öldür-ücü
(gülüs).
-aq1 (-q, -k): qorx-aq (adam), ürk-ək (at),
parla-q (saç), titrə-k (səs) və s.
-unc, ünc: qorx-unc (hadisə), gül-ünc (iş) və s.
Qeyd
1: Feldən sifət düzaldən bu şəkilçilərdən -qın, -ğın şəkilçiləri ilə bəzi isimlər də
düzəlir. Məsələn:basqın,
yanğın, qırğın, sürgün və s.
Qeyd
2: -ıq va -aq şəkilçiləri
həm də feldən isim düzəldir: bacar-ıq, bili-ik, yat-aq,
sanc-aq, və s. Bu şəkilçilər omonim şəkilçilər sayılır.
Qeyd
3: -kan, -kin, -kün şəkilçilərinin
ilk samiti tələffüzdə cingiltili tələjfüz olunur. Məsələn: sürüşkən — [sürüşgən], kəskin - [kəsgin),
ötkün — [ötgün] və s.
Mürəkkəb sifətlər
Mürəkkəb sifətlər bir neçə yolla yaranır:
1. İki sadə sözün birləşməsi ilə: qaraqaş
(qız), uzunsaç (gəlin), hazırcavab (oğlan), diribaş (uşaq) və
s.
2. Birincisi sadə, ikinci düzəltmə olan sözün birləşməsi ilə: ucaboylu
(oğlan), taleyüklü (məsələ), məqsədyönlü (iş), sözdəyişdirici (şəkilçi),
qarabuğdayı (sifət), beşmərtəbəli (ev) və s.
3. İki düzəltmə sözün birləşməsi ilə: açıqürəkli,
sınıqqəlbli, soyuqqanlı (adamlar) və s. Belə mürəkkəb sifətlərin
birinci tərəfi feldən düzələn sifət, ikinci tərəfi isə isimdən düzələn sifət
olur.
4. Biri mənsubiyyət şəkilçisi qəbul etmiş sözün iştirakı ilə: dılışırin
(uşaq), yaxasıaçıq (köynək), dağüstü (park), ölkələrarası (yarış) və
s.
5. Sadə və düzəltmə sifətlərin təkrarı ilə: yaşıl-yaşıl
(çəmənlər), uzun-uzun (yollar), dadlı-dadlı (meyvələr), qalaq-qalaq (odun),
yığın-yığın (daşlar), böyük-böyük (evlər) və s. Belə sifətlər əşyanın
çoxluğunu bildirir və onlardan sonra gələn isimlər daha çox cəmdə işlənir.
6. Biri (bəzən də hər ikisi) ayrdıqda işlənməyən sözlərin birləşməsi
ilə: uzun-uzadı
(söhbət), kələ-kötür (yol), əzik-üzük (dəsmal), əyri-üyrü (yol), qarma-qarışıq
(yuxu) və s.
7. Yaxın və ya əks mənalı düzəltmə sifətlərin birləşməsi ilə: güllü-çiçəkli
(həyət), daşlı-kəsəkli (yol), irili-xırdalı (daşlar), elmi-kütləvi
(jurnal) və s. İlk dörd
qayda üzrə düzələn mürəkkəb sifətlər bitişik, qalan qaydalar üzrə düzələnlər isə
defislə yazılır.
Sifətin Müqayisə Dərəcələri
Sifəti
başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə
bildirməsidir. Müxtəlif
əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin
bal və şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki
əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin
nıüqayisə dərəcələri vardır.
Əşyanın
əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə
görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə
2. Azaltma dərəcəsi
3. Çoxaltma dərəcəsi
Adi Dərəcə
Əlamətin
adi halda olduğunu bildirir. Heç bir xüsusi morfoloji əlaməti — qrammatik şəkilçisi
yoxdur. Məsələn: ag, qara, sirin, sərin, böyük, kiçik və s. Adi dərəcədə
olan sifətlər dilimizdə çoxluq təşkil edir. Adi dərəcə başqa dərəcələr
üçün ölçü,
me yar rolunu oynayır. Adi dərəcə olmasa, azaltma və çoxaltma
dərəcələrini müəyyən edə bilmerik. Deməli, sifətin azaltma və çoxaltma dərəcələri
adi dərəcə əsasında yaranır və müəyyən edilir.
Azaltma dərəcəsi
Əlamətin
adi haldan az olduğunu bildirir. Azaltma dərəcəsi iki
üsulla düzəlir:
1. Morfoloji üsulla. Adi dərəcədə olan sifətlərə aşağıdakı şəkilçiləri
artırmaqla:
-ımtıl4: ağ-ımtıl,
boz-umtul, göy-ümtül, san-mtıl və s.
-ımtraq
(-mtraq): ağ-ımtraq,
san-mtraq
-sov
(-ımsov, — ümsov): uzun-sov, ağ-ımsov, göy-ümsov
-şın: sarı-şın,
qara-şın və s.
-raq,
-rək: yaxşı-raq,
gödə-rək (ikinci sözün kökündəki k (gödək)
samiti düşür. (Bu şəkilçi ilə düzələn sifətlər müasir dilimizdə nadir hallarda
işlənir).
2. Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə açıq
sözünü artırmaqla. Bu sözdən sonra defis işarəsi
qoyulur: açıq-qırmızı,
açıq-sarı və s. (Bəzi sifətlərin əvvəltndə işlənən az, ala, təhər sözləri
də azaltma dərəcəsi məzmununu bildirir: az şirin, alayarımçıq, göy təhər və s.).
Çoxaltma dərəcəsi
Əlamətin
adi haldan çox olduğunu bildirir. Çoxaftma dərəcəsi də azaltma dərəcəsi kimi
iki üsulla düzəlir:
1.
Morofoloji üsulla. Çoxaltma dərəcəsində olan sifətlər bu üsulla iki qayda ila
düzəlir:
a)
Adi dərəcədə olan sifətlərin sonuna -ca1 şəkilçisini artırmaqla: canlı-ca (şəkil),
zorba-ca (balıq), körpə-cə (xiyar), yekə-cə (oglan) və s.
b)
Sifətin ilk hecasının son samitinin m, p, r, s samitlərindən biri ilə əvez
olunması və sifətin təkrar ona qoşulması ilə:
göy-göm+göy =
gömgöy,
qırmızı —
qıp+qırmızı = qıpqırmızı,
doğru —
dos+doğru = dosdoğru və s.
Sifətin
ilk hecası saitlə bitərsə, bu samitlərdən biri həmin hecaya qoşulur: yaşıl
-yam+yaşıl = yamyaşıl, sarı — sap+sarı = sapsarı, təmiz -tər+təmiz= tərtəmiz,
bütün — büs+bütün =büsbütün və s.
2.
Sintaktik üsulla. Adi dərəcədə olan sifətlərin əvvəlinə ən, lap, çox,
daha, olduqca ədatlarından
biri, düm hissəciyi
və tünd sözü
artırılır. Ədatlar ayrı, düm hissəciyi
ilə bitişik yazılır. Tünd sözündən
sonra defis qoyulur: ən gözəl, lap yaxşı, çox maraqlı, daha ağıllı, olduqca bacarıqlı,
dümağ, tünd-göy və s.
Sifətin İsimləşməsi
Bəzi
sifətlər cümlədə ismi əvəz edə bilir, yəni onun yerində işlənir. Belə sifətlər
isimləşmiş (substantivləşmiş} sifətlər
adlanır. İsimləşmiş sifətlər İsmin suallarına cavab olur və isimlərə məxsus cəm,
hal, mənsubiyyət şəkilçilərini qəbul edir.
Məsələn: Qocalara hörmət
hər bir gəncin borcudur. İgidlərimiz düşmənə layiqli cavab verdilər. Bu
cümlələrdəki qoca, gənc və igid sifətləri
aid olduqlan isimləri əvəz etmişdir. Birinci cümlədəki qoca sifəti adamlara ismini
əvəz edərək onun yerində işlənmişdir (qoca adamlara -qocalara). Eyni cümlədəki gənc sifəti
də oğlanın
(gənc oğlanın) ismini, ikinci cümlədəki igid sifəti
isə döyüşçülərimiz
(igid döyüşçülərimiz) ismini əvəz
etmişdir. İsimləşmiş sifətlər cümlədə mübtəda və tamamlıq vəzifələrində
çıxış edir. Morfoloji təhlil zamanı belə sifətlər isim kimi yox, isimləşmiş
sifət kimi təhlil olunur.
Sifətin Cümlədə Rolu
Sifətİər
cümlədə ən çox təyin olur. Bəzən sifətlər cümlədə xəbər vəzifəsində də çıxış
edir. Bu halda xəbər isimdən əvvəl işlənir və şəxs (xəbərlik) şəkilçilərini qəbul
edir. Məsələn: yaxsıyam, yaxşısan, çalısqandır, kiçiyik, ağıllısınız və
s.
Sifətin Təhlil Qaydası
Sifətin
təhlili zamanı onun aşağıdakı xüsusiyyətləri göstərilir:
1. Əlamət, keyfiyyət, rəng və s. bildirməsi və
sualı
2. Quruluşca növü
3. Dərəcəsi
4. Bağlı olduğu söz
5. Cümlədə rolu
Məsələn: Anar ağıllı və
hazırcavab oğlandır. O, sinifdə ən çalışqan
şagirddir.
Ağıllı — keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir, ağıl ismindən düzəlmişdir. Adi dərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir. Hazırcavab — keyfiyyət bildirir, necə? sualına cavab olur.Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir. Çalışqan — keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.
Ağıllı — keyfiyyət bildirir, necə? sualına cavab olur: Quruluşca düzəltmədir, ağıl ismindən düzəlmişdir. Adi dərəcədədir, isim ilə bağlıdır. Cümlədə təyindir. Hazırcavab — keyfiyyət bildirir, necə? sualına cavab olur.Quruluşca mürəkkəbdir: hazır sifəti və cavab ismindən yaranmışdır. Adidərəcədədir, oğlan ismi ilə bağlıdır. Cümlədə təyindir. Çalışqan — keyfiyyət bildirir, necə? sualına cavab verir. Quruluşca düzəltmədir. Çoxaltma dərəcəsindədir, ən ədatının köməyi ilə bu mənanı bildirir. Şagird ismi ilə bağlıdır. Cümlədə təyindir.
Dərəcələri öyrənmək istəyirdim, öyrəndim.
YanıtlaSilBuraya daxil olmaq olmur üstündən basıram olmur
YanıtlaSilTəşəkkürlər😘Gözəl sınaq idi
YanıtlaSilTeşekkürler
YanıtlaSil