Danışanın
ifadə etdiyi fikrə münasibət bildirən sözlərə modal sözlər deyilir.
Modal sözlərin
mənaca aşağıdakı növləri vardır:
1. Təsdiq bildirən modal sözlər: əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da),
həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu (doğrudur) , düzü (düzdür), yaxşı və s. Məsələn: Əlbəttə ki, düz
sözə zaval yoxdur. Doğrudan da,insan gücü tükənməzdir və s.
2. Güman və şübhə bildirən modal sözlər: gərək ki, yəqin (yəqin ki), görünür, ehtimal
ki, deyəsən, bəlkə, güman ki, olsun ki,yoxsa
və s. Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir.
3. Nəticə, ümumiləşdirmə bildirən
modal sözlər: deməli,
yaxşı, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət , qısası , əlqərəz
və s. Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə, biz oranı tərk etməli olduq və s.