İsmin müxtəlif hallarında olan sözlərə
qoşularaq, müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoşma
deyilir.
Qoşmalar, əsasən, isimlərə, əvəzliklərə, məsdərlərə,
bəzi zərflərə, eləcə də isimləşən başqa sözlərə də qoşula bilir. Məsələn: Onlar Akiflə razılaşdılar. Oxumaq üçün
kitabxanaya getdik. Dünənə kimi hava isti idi. Oxuduğuma görə imtahanda yaxşı nəticə
göstərdim.



