Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

LEKSİKA

  • Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini (leksikasını) təşkil edir.
  • Dilin lüğət tərkibini öyrənən elm leksikologiya adlanır.
  • Dilimizdəki sözlərin həm leksik, həm də qrammatik mənası olur.
  • Leksik məna: Hər bir sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir. Sözlərin leksik mənası izahlı lüğətlərdə öz əksini tapır.

          Əsgəri    1. hərbi xidmətə, əsgərliyə aid.
                      2. Üzüm növlərindən birinin adı.

Sözün leksik mənasını bir neçə yolla izah etmək olar:

  1.  Həmin sözə yaxın mənalı söz seçməklə: ( özül-təməl-bünövrə).
  2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə (dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan peşə sahibi).
  3.  Mürəkkəb sözün hissələrinin mənasını açmaqla: (dağlıq – dağ olan ərazi, sahə; mürəkkəbqabı – içində yzı üçün mürəkkəb saxlanılan qab).
  4. Sözə əks mənalı söz seçməklə: ( ağıllı – axmaq, quzey – güney).
       Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir. Sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir: kitab – isim, qaçmaq – fel, yüz – say, da – bağlayıcı.

 Sözün həqiqi və məcazi mənası:

       Sözün ilkin, əsas mənası onun həqiqi (dominant) mənasıdır.
       Məsələn: daş divar, ağıllı insan.
       Sözün sonradan qazandığı törəmə mənası isə onun məcazi mənasıdır. Məcazi məna çox vaxt bənzətmə (epitet) vasitəsilə və ya insanlara məxsus hərəkətlərin əşyalara aid edilməsi (metafora) yolu ilə yaranır.
       Məsələn: dəmir iradə, yumşaq söz.Günəş gizləndi. Təbiət gülür.

Təkmənalı və çoxmənalı sözlər:

       Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir: moruq, avtobus, yaşıl, sığırçın, səkkiz, yaraşıqlı, dənizçi və s.
       Eyni leksik məna ilə bağlı bir neçə yaxın mənada işlənən sözlərə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlərin əsas məna ilə bağlı əlavə mənaları olur:
Ağız – quşun ağzı, qazanın ağzı, baltanın ağzı.
Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək.
Acı – acı dərman, acı söz, acı xatirə.
       Çoxmənalı sözlərdə sözün mənalarından biri həqiqi, qalanları isə məcazi mənada işlədilir.
       Çoxmənalılığı təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
       Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir. Bu bağlılıq olmadıqda sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.
       Dilimizdəki çoxmənalı sözlər: qol, maşın, baş, tutmaq, ağız, keçmək, çəkmək, almaq, saymaq, qaş, burun, göz, dil, kağız, şirin, acı, yumşaq, dolu, kök, güclü, dumanlı, dəmir, polad, yol, yaymaq, ayaq, ağ, ağır, boğaz, bişmək, çevirmək, çıxmaq, ətək, yüngül, kəsmək, getmək, yüksək, soymaq, qalmaq, baxmaq.

Omonimlər:

       Deyilişi ilə yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
       Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur: bal – 1. ərzaq, məclis, xal.
   yağ – 1. ərzaq, hərəkət.
       Sözün omonim mənaları həm eyni nitq hissəsinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər: kök.
       Zahirən omonimə bənzəyən sözlər – omofon, omoqraf, omoform, paronim.
        paronim – həyət-həyat, atlas-atlaz, şahid-şəhid.
       omoqraf – alma-alma, əkin-əkin.
       omoform – şəkilçi ilə qara baxıram, qara rəng.
       Xüsusi isimlər – Mehriban – mehriban(sifət) omonim deyil.
       nərə, əyan, bəzən sözləri də omonim deyil.

Omonimlər iki formada olur:

  1. Leksik omonimlər: Yuxarıda haqqında danışdıqlarımız.
  2. Qrammatik omonimlər: Eyni cür yazılıb, eyni cür tələffüz olunur.
  • Həm əsas, həm köməkçi nitq hissəsi olanlar: görəsən(fel, modal söz), sarı (qoşma, sifət)
  • Həm söz, həm şəkilçi olanlar: -la, lə (qoşma, şəkilçi)
  • Şəkilçilərin omonimliyi: -ıb (nəqli keçmiş, feli bağlama),    -ma(isim düzəldən, felin inkarı).

Həm çoxmənalı, həm omonim olan sözlər: kök, qol, dolu, yay, at, tut, aş, boğaz, üz, düz, yar, az.
Çoxmənalı söz bütün məna çalarları ilə eyni söz sayılır, lakin omonimlərin hər məna tayı bir leksik vahiddir.

Sinonimlər:

       Deyilişi ilə yazılışı müxtəlif, lakin mənaları eyni, yaxud yaxın olan sözlərə deyilir.
       Sinonimləri mütləq və nisbi olmaqla iki yerə bölmək olar.
       Mütləq sinonimlər istənilən məqamda bir-birini əvəz edə bilir: eynək – çeşmək – gözlük, adam – insan, memar – arxitektor, oturmaq - əyləşmək, qurd – canavar.
       Belə dubletlər də deyilir.
       Nisbi sinonimlər hər yerdə bir-birini əvəz edə bilmirlər: yüksək – hündür, gözəl – göyçək – yaraşıqlı – qəşəng, ürək – könül – qəlb.
       Sinonim taylar eyni nitq hissəsinə aid olur.

Antonimlər:

       Leksik mənalarına görə bir-birinin əksi olan sözlərə antonim deyilir.Əsl antonimlik müxtəlif sözlərin əksliyi şəklində təzahür edən leksik antonimlərdir: ağ – qara, dost – düşmən, gülmək – ağlamaq.
       Ağıllı və ağılsız sözləri əks mənaları versələr də, kökləri eyni olduğundan antonim deyillər.
       Antonim qarşılıqlar da, eyni nitq hissəsinə mənsub olur.
       Qrammatik antonimlik:                    
A) şəkilçilərlə: -lı4,-sız4; -araq2, -madan2, bi-, ba-; na-, -lı4.
B) Köməkçi nitq hissələrinin antonimliyi: əvvəl-sonra.

Ümumişlək və ümumişlək olmayan sözlər:

  • Ümumişlək sözlər: Mənası hər kəs tərəfindən başa düşülən və nitqdə fəal işlədilən sözlərə deyilir. Belə sözlər lüğət tərkibinin fəal hissəsini – lüğət fondunu təşkil edir: ev, həyət, meyvə, məktəb, kitab, demokratiya, pasport və s.
  • Ümumişlək olmayan sözlər:
  1. Terminlər (peşə-sənət, ixtisas sözləri)
  2. Arxaik sözlər (köhnəlmiş sözlər)
  3. Neologizmlər (yeni sözlər)
  4. Dialekt (şivə) sözləri

Terminlər:

       Müxtəlif elm sahələrinə aid olan söalər termin adlanır: sintaksis, xitab, ədat (dilçilik), tangens, sinus, diskriminant (riyaziyyat), difraksiya (fizika), aldehidlər, valentlik (kimya),  onkologiya, kardiologiya (tibb).
       Terminlərin çoxu alınma mənşəli olur. milli mənşəli terminlər, əsasən, humanitar elm sahələrində işlədilir.
       Bəzi terminlər omonimlik xüsusiyyəti daşıyaraq həm də ümumişlək söz kimi işlənir: sifət, say, xəbər, güc, qüvvə, vurma, bölmə, boğaz, təyin, enerji, bağlayıcı, surət, ahəng.
       Terminlərə ixtisas sözləri də deyirlər.

Yeni sözlər:

       Cəmiyyətin, elm və texnikanın, məişətin inkişafı ilə bağlı dilə gələn sözlərdir. Bu sözlər ən son dövrlərdə dilə daxil olmuşdur və hələ ümumişləklik xüsusiyyəti qazanmamış sözlərdir.
       Neologizmlər iki yolla yaranır:
       Dilin öz daxili imkanları hesabına: əyləc, dabankeş, öndər, çağdaş, dönəm, nəfəslik, çimərlik, soyad, duyum, toplum, dəstəkləmək, yayım, bağımsız, yetərsay, toplu, soyqırım, açıqca.
       Alınma sözlər hesabına: market, menecment, menecer, gender, monitorinq, mobil, faks, sayt, çap, podium, distribüter, eksklüziv, printer, mer, spiker, internet, gender, tender.

Alınma sözlər:

  1. Tərkibində qoşa sait işlənmiş sözlər: saat, zəif, müavin, maaş, təəccüb.
  2. Ahəng qanunu pozulan sözlər: dahi, cəza, məharət, cəsarət, buldozer, xəyanət, mahir.
  3. Əvvəldə yanaşı işlənmiş samitlər: kran, briqada, flora, plaş, brezent, ssenari, traktor. (srağagün öz sözümüzdür).
  4. Sonda iki samit işlənmiş sözlər: sort, stend, dərd, bənd, qənd.(dörd, yurd, dinc, qırx, qazanc, sevinc, inanc, gülünc sözlər özümüzündür).
  5. R ilə başlayan sözlər: rahat, Rasim, rəvan, rele, real, rezin, rota.
  6. Tərkibində j samitli sözlər: qaraj, jaket, müjdə, Əjdər, Jalə.
  7. Sonu o, ö, e saiti ilə bitən sözlər: qane, metro, təvazö, sənaye, fortepiano.
  8. Vurğusu son hecaya düşməyən sözlər: amma, lakin, opera, leksika, lirika, balina, amper, kompas, norma.
  9. Tərkibində uzun sait işlənmiş söz: şölə, arif, tacir, nümunə, qənimət, şöbə, etiraf.
  10. Ön şəkilçili sözlər: biçarə, namünasib, anormal, laməkan, laməzhəb.
  11. Tərkibində eynicinsli qoşa samitlər işlənmiş sözlər:  qüllə, müddət, rəssa, təyyarə, mürəbbə.
  12. Elm, təhsil, dinlə bağlı sözlər: namaz, tədris, ziyarət, məşədi, alim, islam, tarix.
  13. Fleksiyaya uğramış sözlər: şeir-şair, nəzm-nazim.
  14. Sonu qoşasamitli birhecalı sözlər: fənn, hədd, şəkk, həll.
  15. Vaxtilə apostrofla yazılmış sözlər: məlun, Məsud, Sənan, mötərizə, şölə, əla.

Frazeoloji birləşmələr:

  • Dilimizdə hazır şəkildə olan birləşmələrdir.
  • Bunlara sabit söz birləşməsi də deyilir.
  • Birlikdə cümlənin mürəkkəb üzvü olur.
  • Məcazi mənada işənən birləşmələrdi
  • Olmaq, etmək  sözləri ilə frazeoloji birləşmə yaranmırş- Kömək etmək,  xain olmaq.
  • Üzünə ağ olmaq – istisnadır.

Frazeoloji birləşmələrdə də omonimlik, sinonimlik, antonimlik  mövcuddur.
       Omonimlik:
 üz vermək – Ona xoşbəxtlik üz verdi.
                       Üz verəndə astar istəyir.
cana gəlmək – Xəstə bir az cana gəlmişdi.
                          Onun əlindən lap cana gəlmişəm.
       Sinonimlik:
özündən çıxmaq – hirsi başına vurmaq
acığı gəlmə - zəhləsi getmək.
dərd çəkmək – qəm dəryasına qərq olmaq.
       Antonimlik:
dil-dil ötmək – ağzına su almaq
xoşu gəlmək – zəhləsi getmək
can deyib can eşitmək – kölgəsini qılınclamaq.











0 yorum:

Yorum Gönder