Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

MODAL SÖZLƏR


Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərə modal sözlər deyilir.

Modal sözlərin mənaca aşağıdakı növləri vardır:

1. Təsdiq bildirən modal sözlər:  əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu (doğrudur) , düzü (düzdür), yaxşı və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da,insan gücü tükənməzdir və s.

2. Güman və şübhə bildirən modal sözlər:  gərək ki, yəqin (yəqin ki), görünür, ehtimal ki, deyəsən, bəlkə, güman ki, olsun ki,yoxsa  və s.  Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir.

3. Nəticə, ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət , qısası , əlqərəz və s.  Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə, biz oranı tərk etməli olduq və s.

4. Fikrin mənbəyini bildirən modal sözlər: məncə, səncə, bizcə, fikrimizcə, zənnimcə və s. Məsələn: Məncə, o, yalan danışmır. Fikrimizcə, bu məsələnin həlli asandır.

5. Sıra və ardıcıllıq bildirən modal sözlər: birinci, əvvəla, ikincisi, əvvələn və s.  Məsələn: Birincisi, o, hələ uşaqdır, ikincisi də, günahkar özünsən.

6. Bənzətmə və ya müqayisə bildirən modal sözlər: sanki, elə bil, elə bil ki, guya və s. Məsələn: Sanki ona dünyanı bağışladılar. Elə danışır, elə bil ki uşaqdır və s.

7. Təəssüf bildirən modal sözlər: təəssüf ki, heyif ki, əfsus ki və s.  Məsələn: Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk.

Modal sözlər quruluşca sadəmürəkkəb olur. Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir: əlbəttə, deyəsən, xülasə, deməli, görünür və s. Bəlkə də, doğrudan da, şübhəsiz ki, bir sözlə, ola bilsin ki və s. isə mürəkkəb (tərkibi)  modal sözlərdir.

Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir.
Modal söz cümlənin əvvəlində işlənərsə vergül ondan sonra, ortasında işlənərsə, hər iki tərəfdən, sonda işlənərsə modal sözdən əvvəl qoyular. Məsələn: Şübhəsiz, o düz deyirdi.  Bu gün , deyəsən, mən gələ bilməyəcəyəm. Onun fikri ilə hər kəs razıdır, yəqin.

Bütün modal sözlər ayrı yazılır.

Görünür, deyəsən, demək, deməli,olmaya, demə, görəsən sözləri həm feil, həm də modal söz kimi işlənə bilir. Məsələn: Görünür, sən bizə yalan demisən. – Uzaqdan sahil görünür.  Demə bu gün onun ad günü imiş.- Sirrimizi kimsəyə demə. və s.

Xülasənəhayət sözü isə həm isim (məsələn, qəzetlərin xülasəsi, işin nəhayəti) həm də modal söz kimi işlənə bilir. Məsələn: Xülasə, işləriniz nə yerdədir?  Nəhayət oğlan deyilən yerə gəlib çatdı.

╔════════════════════════╗

  📑Özünüzü sınayın 

╚════════════════════════╝




0 yorum:

Yorum Gönder