Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Sözlərin lüğəvi mənası olub, olmamasına görə nitq hissələri iki yerə ayrılır.
Əsas nitq hissələri |
Köməkçi nitq hissələri
|
1. Həm müstəqil mənaya, həm də qrammatik mənaya malikdir.
2. Ayrılıqda işlənə bilir.
3. Suala cavab verir.
4. Söz yaradıcılığında iştirak edir (leksik şəkilçi artırılaraq yeni söz düzəltmək olur).
5. Qrammatik şəkilçi qəbul edə bilir.
6. Ayrılıqda cümlə üzvü ola bilir.
|
1. Lüğəvi mənası yoxdur, ancaq qrammatik mənaya malikdir.
2. Ayrılıqda cümlə üzvü kimi işlənə bilmir.
3. Suala cavab vermir.
4. Qrammatik şəkilçi qəbul etmir.
5. Qoşmalar qoşulduqları sözlərlə birlikdə cümlə üzvü ola bilir.
|
0 yorum:
Yorum Gönder