Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Sözlərin lüğəvi mənası olub, olmamasına görə nitq hissələri iki yerə ayrılır.
- Əsas nitq hissəsi: Bu nitq hissələri lüğəvi mənası olan sözlərdən ibarət olur. Dilimizdə 6 əsas nitq hissəsi mövcuddur: İsim, Sifət, Say, Əvəzlik, Zərf, Feil
- Köməkçi nitq hissələri: Lüğəvi – leksik mənası olmayan sözlərdən ibarət olur: Qoşma, Bağlayıcı, Ədat, Modal söz, Nida