Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

Say etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Say etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

SAY

Sayın mənaca növlərı

Sayın mənaca iki növü vardır:
1. Miqdar sayları
2. Sıra sayları

Miqdar sayları özünün də üç növü var:
1. Müəyyən miqdar sayları
2. Qeyri-müəyyən miqdar sayları
3. Kəsr sayları

Müəyyən miqdar sayları

Müəyyən miqdar sayları əşyanın konkret miqdarını bildirir və neçə?, nə qədər? suallarına cavab veriri. Məsələn: beş, on, yüz, üç və s. Dilimizdə quruluşca sadə olan müəyyən miqdar sayları cəmi 23-dür: bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, mlyard, trilyon. Bu sözlərdən yalnız son üçü alınma sözdür, qalanları əsl Azərbaycan-türk sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.

NİTQ HİSSƏLƏRİ


Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Sözlərin lüğəvi mənası olub, olmamasına görə nitq hissələri iki yerə ayrılır.

  1. Əsas nitq hissəsi:  Bu nitq hissələri lüğəvi mənası olan sözlərdən ibarət olur. Dilimizdə 6 əsas nitq hissəsi mövcuddur: İsim, Sifət, Say, Əvəzlik, Zərf, Feil
  2. Köməkçi nitq hissələri: Lüğəvi – leksik mənası olmayan sözlərdən ibarət olur: Qoşma, Bağlayıcı, Ədat, Modal söz, Nida