Azərbaycan dilində beş köməkçi nitq hissəsi
var və onlar yalnız qrammatik mənaya malikdirlər. Qoşma, bağlayıcı, ədat, modal sözlər və nida köməkçi nitq hissələridir.
Köməkçi nitq hissələrini əsas nitq hissələrindən
fərqləndirən cəhətlər bunlardır:
· Əsas nitq hissələrinin həm qrammatik, həm də
leksik mənası var. Lakin köməkçi nitq hissələrinin yalnız qrammatik mənası var.
· Əsas nitq hissələri suala cavab verir, köməkçi
nitq hissələrinin isə heç bir sualı yoxdur.
· Əsas nitq hissələrinin sintaktik vəzifəsi var
və cümlə üzvü ola bilir. Köməkçi nitq hissələrinin isə sintaktik vəzifəsi
yoxdur və heç bir cümlə üzvü olmur.
· Əsas nitq hissələri həm leksik, həm də
qrammatik şəkilçi qəbul edir. Köməkçi nitq hissələri isə heç bir şəkilçi qəbul
etmir.
╔═══════════════════╗
📑Özünüzü sınayın
╚═══════════════════╝
╔═══════════════════╗
📑Özünüzü sınayın
╚═══════════════════╝
0 yorum:
Yorum Gönder