Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

Zərf etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Zərf etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

ZƏRF

Zərf qrammatik mənasına görə hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur. Məsələn: Maşın sürətlə gedir. Biz sabah kəndə getməliyik. Təyyarə yuxarı qalxdı və s. 

Zərflər feilin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn: Mən sakit danışmağı xoşlayıram. Kişi təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Turaldır və s. Bu cümlələrdəki sakit, təəccüblə və ucadan zərfləri feilin təsriflənməyən formalarına-məsdər, feili bağlama və feili sifətə aiddir.

NİTQ HİSSƏLƏRİ


Müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplaşan söz siniflərinə nitq hissələri deyilir. Sözlərin lüğəvi mənası olub, olmamasına görə nitq hissələri iki yerə ayrılır.

  1. Əsas nitq hissəsi:  Bu nitq hissələri lüğəvi mənası olan sözlərdən ibarət olur. Dilimizdə 6 əsas nitq hissəsi mövcuddur: İsim, Sifət, Say, Əvəzlik, Zərf, Feil
  2. Köməkçi nitq hissələri: Lüğəvi – leksik mənası olmayan sözlərdən ibarət olur: Qoşma, Bağlayıcı, Ədat, Modal söz, Nida