Zərf qrammatik
mənasına görə hərəkətin tərzini,
zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı
olur. Məsələn: Maşın sürətlə gedir. Biz sabah kəndə
getməliyik. Təyyarə yuxarı qalxdı və s.
Zərflər feilin təsriflənməyən formalarına da aid ola bilir. Məsələn:
Mən sakit danışmağı xoşlayıram. Kişi
təəccüblə mənə baxaraq dedi. Ucadan danışan oğlan Turaldır və s. Bu
cümlələrdəki sakit, təəccüblə və ucadan zərfləri feilin təsriflənməyən formalarına-məsdər, feili
bağlama və feili sifətə aiddir.
Zərf həmçinin
başqa nitq hissələrinə, həmçinin zərfin özünə də aid ola bilər.Məsələn: İndi tezdir. Dünən hava çox isti idi.
Inümunədə zərf zərfə,II nümunədə isə zərf sifətə aiddir.
Zərfin quruluşca növləri
Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Sadə zərflər bir kökdən
ibarət olur: axşam, yuxarı, aşağı, inişil, tez, gec və s.
Düzəltmə
zərflər kök və leksik (sözdüzəldici)
şəkilçidən ibarət olur. Düzəltmə zərflər, əsasən aşağıdakı leksik
şəkilçilərlə düzəlir:
-ca2: türkcə, rusca və s.
-casına2: qəhrəmancasına, acıqcasına və s.
-yana, -yanə, -anə: dostyana, dahiyanə, şairanə və s.
-dan2: ucadan, astadan,bərkdən və s.
-la2: zorla, ehtiyatla, diqqətlə və s.
-akı2: yanakı,çəpəki və s.
-ən: daxilən,
qəsdən ruhən, qəlbən və s.
-da2: gündə, birlikdə, həftədə və s.
-lıq4: hələlik, həmişəlik və s.
Zərf düzəldən şəkilçilərdən -casina2, -la2, -ən vurğu
qəbul etmir.
-la2 şəkilçisi -nan2 şəklində
tələffüz olunur. Məsələn: ehtiyatla-ehtiyatnan və s.
Mürəkkəb zərflər iki
sözün birləşməsi yolu ilə düzəlir. Mürəkkəb zərflərin yaranma yolları
aşağıdakılardır:
- Sadə sözlərin təkrarı ilə: az-az, çox-çox, asta-asta, tez-tez və s.
- Düzəltmə sözlərin təkrarı ilə: ağıllı-ağıllı, qəmli-qəmli, mənalı-mənalı və s.
- Biri və ya hər ikisi çəkilçi qəbul etmiş sözlərin təkrarı ilə: üz-üzə, qabaq-qabağa, sonradan-sonraya, birdən-birə, gündən-günə və s.
- Antonim və ya yaxın mənalı sözlərin birləşməsi ilə: az-çox, əvvəl-axır, dinməz-söyləməz, gecə-gündüz, açıq-aşkar və s.
- Tərəflərdən biri və ya hər ikisi ayrılıqda işlınməyən sözlərin birləşməsi ilə: az-maz, tələm-tələsik, maddım-maddım, xısın-xısın, uzun-uzadı, dizin-dizin, uğrun-oğrun və s.
- Sözün təkrarı və ortada -ba2 bitişdiricisinin işlənməsi yolu ilə: anbaab, adbaad, taybatay, qarabaqara, yanbayan, dalbadal və s. Bu üsulla əmələ gələn növbənöv, cürbəcür, rəngbərəng sözləri sifətdir.
- Müxtəlif mənalı sözlərin birləşməsi ilə: dilucu, əliboş, birbaşa, əlüstü, addımbaşı, arabir, üzüyuxarı, axşamçağı və s.
Bir az, bir qədər, o saat tipli
mürəkkəb zərflər isə ayrı yazılır.
Zərfin mənaca növləri
Zərfin
mənaca dörd növü vardır:
- Tərzi-hərəkət zərfləri
- Zaman zərfləri
- Yer zərfləri
- Miqdar zərfləri
Tərzi-hərəkət zərfi
Hərəkətin
icra tərzini bildirir, necə?, nə cür?,
nə tərzdə? suallarına cavab verir.
Məsələn: Uşaq sakitcə oturmuşdu. Qatar yavaş-yavaş tərpənirdi.
Əsgərlərimiz düşmənə qarşı cəsarətlə vuruşurdular
və s.
Tərzi-hərəkət zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.
Qeyd: Bəzi feili bağlamalar, qoşmalı sözlər cümlə daxilində
tərzi-hərəkət zərfinin suallarına cavab verə bilir. Bunları fərqləndirmək üçün
diqqətli olmaq lazımdır.
Məsələn:
Uşaq gülə-gülə danışırdı. Qatar dayanmadan irəliləyirdi
cümlələrindəki fərqləndirilmiş sözlər tərzi-hərəkət zərfinin sualına
cavab versə də feili bağlamadır.
Qoca uşaq kimi sevinirdi cümləsində isə tərzi-hərəkət zərfi yox,
qoşmalı isim işlənmişdir.
Qeyd:
dönə-dönə,
qoşa–qoşa, tikə-tikə sözləri yerinə görə həm feili bağlama, həm
də tərzi–hərəkət zərfidir.
Dönə-dönə dəfələrlə mənasında işlənərsə zərfdir. Dönə-dönə fırlanmaq mənasında işlənərsə feili bağlamadır.
Qoşa–qoşa cüt–cüt mənasında
işlənərsə zərfdir. Qoşa–qoşa qoşmaq mənasında işlənərsə feili
bağlamadır.
Tikə-tikə parça, hissə
mənasında işlənərsə zərfdir.
Tikə-tikə tikmək mənasında işlənərsə feili bağlamadır.
Zaman zərfi
Hərəkətin
nə zaman icra olunduğunu bildirir, nə
zaman? nə vaxt? haçan? suallarına cavab olur. Dilimizdə ən çox işlənən zaman zərfləri bunlardır: indi, hələ, yenə, bayaq, dünən,
srağagün, səhər gecə, gündüz, axşam-səhər, həmişə, tez, gec-tez, əvvəl, sonra.
Zaman zərflərinin çoxu quruluşca sadədir.
Qeyd: Bəzi feili bağlamalar, qoşmalı sözlər cümlədə zaman zərfinin
suallarına cavab verə bilir. Bu tipli nümunələrə diqqət yetirək.
Məsələn: 'Anar gələndə mənə deyərsən. Fərrux
universiteti bitirib kəndə qayıtdı' cümlələrindəki fərqləndirilmiş sözlər zaman
mənası bildirən feili bağlamadır. Müstəqillik
dövründən bəri Azərbaycan çox inkişaf edib. Dərsdən
sonra parka getdik cümlələrindəki fərqləndirilmiş
hissələr isə zaman zərfinin suallarına cavab verən qoşmalı sözlərdir. Bu sözlər
cümlədə sintaktik cəhətdən zərflikdir, amma morfoloji baxımdan zərf
deyil.
Yer zərfi
Hərəkətin
icra olunduğu yeri bildirir, hara?
(haraya?) harada? haradan? suallarına cavab verir. Məsələn: Əsgərlər irəli yüyürdülər. Uşaqlar geri döndülər. İçəri cavan
bir oğlan daxil oldu və s.
Dilimizdə ən çox işlənən yer
zərfləri bunlardır: irəli, geri, içəri, yuxarı, aşağı,
yaxın,uzaq, bəri orta,sağa, sola, orada-burada və s.Bu
sözlərin çoxu yönlük, yerlik və çıxışlıq hal şəkilçiləri ilə işləndikdə də yer
zərfləri olur: irəliyə, geriyə, uzaqda, yaxında, qabaqda, arxada,
oradan və s.
Yer zərflərinin çoxu quruluşca sadədir.Yer zərfləri ilə
yer-məkan mənalı isimləri qarışdırmaq olmaz. Biz meşəyə getdik. Bakı respublikamızın
paytaxtıdır. Nənəm kənddə yaşayır
cümlələrindəki fərqləndirilmiş sözlərzərf yox, isimdir.
Miqdar zərfi
İş və
hərəkətin miqdarını və ya dərəcəsini bildirir, nə qədər? nə dərəcədə? suallarına cavab olur. Məsələn: Uşaqlar bu gün çox (xeyli) çalışdılar.
Qoca bir qədər dincəldi.
Dilimizdə ən çox işlənən miqdar zərfləri bunlardır: az, çox,
xeyli, azca, azacıq, qismən, dəfələrlə, tamamilə, az-az, bir az, bir qədər,
az-çox, birə-beş, az-maz, bir-bir.
Miqdar zərfləri quruluşca daha
çox mürəkkəb olur.
105/105 yazdım HACKER İS ÜİN ANONİMUS
YanıtlaSilXİYAR EFENDİ
YanıtlaSilHİ