Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

İSİM


Ümumi qrammatik mənasın görə bütün əşyaların adını bildirir. Kim ? Nə? Hara?  Suallarından birinə cavab verir.
Dilimizin lüğət tərkibindəki sözlərin böyük qismini isimlər təşkil edir.


İsimlər məna növünə görə üç qismə ayrılır.
Ø Konkret və Mücərrəd
Ø Ümumi və Xüsusi isimlər
Ø Tək və Cəm isimlər ( Toplu isimlər )

Konkret və Mücərrəd İsimlər

Konkret isimlər: Gözlə görünməsi, əl ilə təması, şəklinin çəkilməsi mümkün olan sözlər konkret isimlərdir. Bu cür isimləri tələffüz etdikdə, gözümüzün önündə təsəvvür edə bilirik.  Məs: kitab, şagird,  hava,  külək məktəb və s.
Mücərrəd isimlər: Gözlə görünməyən, əl ilə təması mümkün olmayan, şəklinin çəkilməsi mümkün olmayan sözlər mücərrəd isimlərdir. Belə isimlər təsəvvür edilmir. Məs: yuxu, arzu, məhəbbət, istək, nifrət, sevgi, azadlıq.

Qeyd: analıq, bacılıq, atalıq, qardaşlıq - bu sözlər yerinə görə konkret və mücərrəd ola bilir.
1. Ögey mənasında işlənərsə, konkret - analıq (ögey ana)
2. Hiss olaraq işlənərsə, mücərrəd – analıq  (analıq hissi ona qalıb gəldi.)

Ümumi və Xüsusi isimlər

Ümumi isimlər: Müəyyən bir qrupa daxil olan eynicinsli varlıqlardır.
Məs: kitab, dəftər, dağ, dəniz və s.
Xüsusi isimlər: Varlığı tək olan, yəni bir - biri ilə eyni olmayan isimlərdir.
Məs: Allah, Azərbaycan, Xəzər
                                

Tək və Cəm isimlər. Toplu isimlər

Tək isimlər: Cəm şəkilçisi qəbul etmədən əşyaların adını bildirən isimlər:
Məs: insan, qələm, qartal və s.
Cəm isimlər: Cəm şəkilçisi qəbul edərək  cəmlik bildirən isimlərdir.
Məs : dostlar, stəkanlar və s.
Toplu isimlər: Cəm şəkilçisi qəbul etmədən daxildən cəmlik bildirən sözlərdir.
Məs : ordu, xalq, camaat, əhali, ilxi, sürü, ictimaiyyət,milli,naxır, el, cəmiyyət

Toplu isimlər də cəm şəkilçisi qəbul edərək cəmlənə bilir. Camaat və əhali sözü istisnadır.

İsimlərin quruluşca növləri

Sadə isimlər: Tərkibində leksik şəkilçi olmayan sözlərdir,sadəcə kökdən və ya kök və qrammatik şəlikçidən ibarət olan sözlərdir.
Məs: meşə, su və s

İsmə məxsus qrammatik şəkilçi:
-mənsubiyyət
-cəm
-hal
-şəxs şəkilçisi

Düzəltmə isimlər:
1         1.  Adlardan isim düzəldən şəkilçilər:
a.      Milli şəkilçilərdən yaranan isimlər
1)    –lı4 məktəbli, şəhərli, Cavadlı, kəndli, Həsənli.
2)    –lıq4 – yaxşılıq, dağlıq, nəmlik, müəllimlik, qulaqlıq.
3)    –ça2 – meydança, qazança, gödəkçə.
4)    –laq – yaylaq, qışlaq, otlaq.
5)    –çı4 – gülçü, talançı, gəmiçi, əlaçı, qiyabiçi, zərbəçi.
6)    –cıq4 – evcik, komacıq.
7)    –cığaz4 – qızcığaz, quşcuğaz.
8)    –daş – yoldaş, vətəndaş, oyundaş
9)    –gil – Tofiqgil, dayımgil.
10)        –anaq – tozanaq.
11)        –caq2 - əlcək, oyuncaq.
  
b.     Alınma şəkilçilər vasitəsilə adlardan yaranan isimlər:
1)    –iyyət – hakimiyyət, irsiyyət, şəxsiyyət, mənsubiyyət.
2)    –iyyat - ədəbiyyat, kəşfiyyat, hissiyyat, şeiriyyat.
3)    –dar – hökmdar, dalandar, xəzinədar, icarədar.
4)    –keş – azarkeş, dəmkeş.
5)    –at – təbliğat, təşviqat, məlumat.
6)    –stan – Gürcüstan, Türkmənistan.
7)    –i(-vi) – Xaqani, Gəncəvi.
8)    –şünas – hüquqşünas, ədəbiyyatşünas, şeirşünas.
9)    –gər – zərgər, misgər.
10)        –ov, -yev, -ova, -yeva – Həsənov, Orucova.
11)        –zadə - Əlizadə, Quluzadə.
12)        –xana – çayxana, meyxana, toyxana.
13)        –iyyə - fərziyyə, ruhiyyə.
14)        –izm – realizm, materializm.
15)        –kar – sənətkar, zülmkar.
16)        –saz – saatsaz, rəngsaz.

2           2.  Feillərdən isim düzəldən şəkilçilər:
1)             –ik4 – bilik, buruq, hörük, tapşırıq, danışıq.
2)             –iş4 – davranış, görüş, qavrayış, döyüş.
3)             –ma2 – bölmə, döyülmə, süzmə.
4)             –maca2 atmaca, bilməcə, tapmaca, gülməcə.
5)             –aq2(-q) – yataq, sınaq, kəsək, çökək.
6)             –caq2 yelləncək, tüpürcək, bürüncək.
7)             –ım4 geyim, duyum, düzüm.
8)             –ınc4 qaxınc, girinc.
9)             –acaq2 dayanacaq, duracaq, qanacaq, söykənəcək, çapacaq.
10)        –ır4 gəlir, yatır(xəzinə).
11)        –cə - düşüncə, əyləncə.
12)        –ıntı4 qazıntı, ovuntu, səpinti, qırıntı.
13)        –gə - döngə, süpürgə, bölgə.
14)        –qı(-ki, -qu, -kü), ğı(-gi, -ğu, -gü) – asqı, bitki, sərgi, seçki, hörgü, pusqu, çalğı, duyğu.
15)        –c – əyləc, saxlanc, utanc, güvənc, sevinc.
16)        –ar – çıxar, dəyər, yazar.
17)        –ıd4(d) – keçid, qurud.
18)        –tı  qızartı, tullantı, ağartı göyərti.
19)        –ıntı – qazıntı, pozuntu.
20)        –ın4 səpin, biçin, qoşun, axın.
21)        –ı4 çəki, ölü, yazı, qorxu.
22)        –laq – udlaq.
23)        –da – sevda.
24)        –gah – ordugah, qibləgah.
25)        –ist – maşinist, realist, idealist.
26)        –baz – quşbaz, kəndirbaz.
27)        –an – dövran.
28)        –er – milyoner.
29)        –zar – gülzar.
30)        –ban – bağban.
31)        –ayə - kinayə.
32)        re-  reform, reaktiv.
33)        –dan – güldan, çaydan, qənddan.
34)        –pik –yelpik.
35)        –xana – kitabxana, məsləhətxana.
36)        –qın,-kin, -qun, -kün; -ğın, -gin, -ğun, -gün – daşqın, basqın, qırğın, sürgün, yanğın.

Mürəkkəb isimlər

 Bitişik yazılanlar:
1. Müxtəlif mənalı sözlərdən düzələnlər: ayaqqabı, kəklikotu, aşsüzən, gönəbaxan, susəpən.
2. Birinci tərəfi titul mənası verməyən: Şahsənəm, Hacıbala, Bəyoğlan.
3. İkinci tərəfi titul bildirməyən: Məsməxanım, Hüseynağa, Həsənqulu.
4. Bitişdirici a, ha ünsürləri fel təkrarlarının arasında: gəlhagəl, vurhavur, qaçaqaç.

Defislə yazılanlar:
1. Eyni sözün təkrarı ilə: aşıq-aşıq, top-top.
2. Yaxınmənalı sözlərin işlənməsi: söz-söhbət, toz-torpaq, künc-bucaq, qorxu-ürkü.
3. Əksmənalı sözlərin işlənməsi: dost-düşmən, bacı-qardaş, böyük-kiçik.
4. İkinci tərəfi məna verməyən: ət-mət, ağıl-mağıl.
5. Birinci tərəfi məna verməyən: çör-çöp, tör-töküntü, yır-yığış sür-sümük.
6.İzafət tərkibləri şəklində: tərzi-hərəkət, nöqteyi-nəzər, tərcümeyi-hal, əhvali-ruhiyyə.
***Qeyd: Şah, bəy, ağa kimi sözlər titul, ləqəb, rütbə bildirdikdə mürəkkəb söz yox, mürəkkəb ad olur.

                                                          

İsmin mənsubiyyətə görə dəyişməsi

Şəxslər
Təkdə
Cəmdə
Şəkilçilər
Şəkilçilər
      Sonu      samitli sözə
      Sonu           saitli sözə
      Sonu      samitli sözə
      Sonu        saitli sözə
I
-ım4
-m
-ımız4
-mız4
II
-ın4
-n
-ınız4
-nız4
III
4
-sı4
4
-sı4 (-ları)

       I və II şəxslərə aid mənsubiyyət şəkilçiləri qəbul edən isimlər əşyanın, əsasən, insana aid olduğunu bildirir.
      Dilimizə ərəb dilindən keçmiş mənbə, mənafe, tale, mənşə,
        və dilimizin su, nə sözləri mənsubiyyət şəkilçisi qəbul edərkən
         y bitişdirici samitini tələb edir: taleyimiz, suyunuz və s.
      Mənsubiyyət şəkilçiləri yiyəlik halla möhkəm bağlıdır:
kitabı (onun),  kitabım(mənim).

İsmin Halları

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.

1) Adlıq hal
Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).

2) İsmin yiyəlik halı
 İsmin yiyəlik halı sahiblik, aidlik, yiyəlik mə'nalarını bildirir. Yiyəlik halda işlənən isim cümlədə özün-dən sonrakı başqa bir isimdən – daha doğrusu, mənsubiyyət şə-kil-çili isimdən asılı olur. Məs: ağac-ın (yiyəlik hal) yarpağ-ı (mənsubiyyət şəkilçili isim), qapının ağzı, yolun kənarı, Adilin kitabı, sənin dəftərin, bizim evimiz və s.
Yiyəlik halın iki forması var:

a) Müəyyənlik bildirən yiyəlik hal
. Bu halda isimlər –ın4 (-nın4) şəkilçisini qəbul edir və kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Məs: Məmmədin (kimin?), dəftərin (nəyin?), Bakının (haranın?)

b) Qeyri-müəyyəndik bildirən yiyəlik hal
. Bu halda olan isimlər şəkilçisiz olur və nə? sualına cavab olur. Məs: ağac (nə?) yarpağı, dəmir (nə?) qırığı, qonaq (nə?) otağı, çoban (nə?) tütəyi və s.
Qeyri-müəyyənlik bildirən yiyəlik halda olan ismi hal şəkilçisini (-ın4, -nın4) artırmaqla müəyyənlik bildirən yiyəlik hala çevir-mək olur. Məs: maşın təkəri – maşının təkəri, kənd yolu – kən-din yolu və s.
Qeyd: Samitlə bitən isimlər yiyəlik halda –ın4, saitlə bitən isim-lər isə -nın4 şəkilçisi qəbul edir. İkinci şəkildəki «n» samiti iki samit arasında işlənən bitişdirici samitdir.
-ın4 yiyəlik hal şəkilçisi ikinci şəxsin təkinin mənsubiyyət şəkilçisi ilə ononimdir. Məsələn, dəftərin cildi, aşığın sazı (yiyəlik hal); sənin dəftərin, sənin sazın (mənsubiyyət).

3) İsmin yönlük halı.

Yönlük hal hərəkətin yönümünü, istiqamətini və ya son nöqtəsini bildirir. İsimlər yönlük halda samitlə bitən söz köklərində –a2, saitlə bitənlərdə isə –ya(«y» bitişdirici samitdir) şəkilçisini qəbul edir, kimə?, niyə?, haraya? Suallarından birinə cavab olur. Məs. Murada (kimə?), quzuya (nəyə?), kən-də (haraya?) və s.
Qeyd: Sonu a, ə açıq saitləri ilə bitən isimlər yönlük halda iş-lənərkən tələffüz zamanı həmin saitlər ahəngə uyğun olaraq qa-pa-lı saitlərdən (ı,i,u,ü) birinə keçir. Məs: dərəyə-[dəriyə], Şuşaya-[Şuşuya], kölgəyə-[kölgüyə], torbaya-[torbıya] və s.

4) İsmin tə'sirlik halı

Tə'sirlik hal hərəkətin obyektini, yə'ni hərəkətin hər hansı bir əşya üzərində icra olunduğunu bildirir. Yiyəlik hal kimi, tə'sirlik halın da iki forması var:
·        Müəyyənlik bildirən tə'sirlik hal. Bu halda olan isim müəyyənlik bildirərkən samitlə bitən isimlərdə – ı4, saitlə bitən isimlərdə isə – nı4 şəkilçisini qəbul edir, kimi? nəyi? bə'zən də haranı? suallarından birinə cavab olur. Məs: kitabı (nəyi?), Ceyhunu (kimi?), Bakını (haranı?) və s.
·        Qeyri-müəyyənlik bildirən tə'sirlik hal. İsim tə'sirlik halda qeyri-müəyyənlik bildirdikdə şəkilçisiz işlənir və ancaq nə? Sua-lına cavab olur. Məs: Mağazadan kitab (nə?) aldım. Maşın sər-nişin (nə?) daşıyır və s.
Qeyd: Qeyri-müəyyənlik bildirən tə'sirlik halda olan isimlərlə adlıq halda olan isimləri fərqləndirmək üçün aşağıdakıları yadda saxlamaq lazımdır:
·        Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi müəyyənlik bildirən isim kimi də işlətmək olur. Məs: Kəndə yol (nə?) çəkdilər – Kəndə yolu (nəyi?) çəkdilər. 
·        Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismi cümlədə fe'l-dən uzaqlaşdırdıqda onu şəkilçisiz işlətmək mümkün olmur. Məs: Futbolçular qapıya top (nə?) vurdular – Futbolçular topu (nəyi?) qapıya vurdular.
·        Tə'sirlik halda qeyri-müəyyənlik bildirən ismin əvvəlinə o, bu əvəzliklərindən biri artırıldıqda həmin isim mütləq şəkilçi qəbul etməli olur. Məs: Həsən kitab (nə?) aldı – Həsən bu kitabı (nəyi?) aldı. 

5) İsmin yerlik halı

İsmin yerlik halı əşyanın və ya hərəkətin yerini bildirir, -da2 şəkilçisi ilə düzəlir və kimdə? nədə? harada? sual-larından biri-nə cavab olur. Məs: anada (kimdə?), kağızda (nədə?), dənizdə (harada?) və s. 

6) İsmin çıxışlıq halı

İsmin çıxışlıq halı hərəkətin çıxış nöqtəsini, başlanğıc yerini bildirir, -dan2 şəkilçisi ilə düzəlir, kimdən? nədən? haradan? suallarından birinə cavab olur. Çıxışlıq hal mə'-na-sına görə yönlük halın əksini ifadə edir.
Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi (-nan2) şəklində tələffüz olunur. Məs: dostumdan (dostumnan), səpindən (səpinnən) və s. 

İsimlərin Hallanmasina Aid Misallar

A.     qələm      düyü         kəpənək     qonaq 
Y.     qələmin   düyünün    kəpənəyin   qonağın
Yön.  qələmə   düyüyə      kəpənəyə    qonağa
T.     qələmi      düyünü      kəpənəyi    qonağı
Yer   qələmdə   düyüdə     kəpənəkdə  qonaqda
Ç.     qələmdən  düyüdən   kəpənəkdən  qonaqdan

Qeyd: Sonu «q» və «k» samitləri ilə bitən çoxhecalı əsl Azər--baycan sözləri hallanarkən yiyəlik, yönlük və tə'sirlik hallarda q-ğ, k-y əvəzlənməsindən «Fonetika» bəhsində mə'lumat verdiyimizdən, burada təkrara ehtiyac görmədik.

Bəzi ikihecali isimlərdə son saitin düşməsi.

Dilimizin lüğət tərkibində elə ikihecalı sözlər var ki, onlara saitlə başlanan şəkilçilər artırıldıqda söz kökünün son sa-iti düşür. Məs: isim – ism-in, ism-i, ism-ə və s. Belə sözlər dili-mizdə çox azdır. Bunlar, əsasən, aşağıdakılardan ibarətdir.
1. İsim, qisim, cisim, nəsil, fəsil, şəkil, fikir, ətir, səbir, səfir, qədir, ömür, sinif, eyib, zehin, izin kimi ərəb-fars mənşəli sözlər.
2. Beyin, çiyin, ağıl, qarın, alın, oğul, burun, ağız, boyun kimi əsasən əsl Azərbaycan sözləri.
Ərəb-fars mənşəli yuxarıdakı sözlərə həm hal, həm də mənsubiyyət şəkilçiləri artırdıqda sözün kökündəki son sait düşür. Məs: ömür, ömrün, ömrə, ömrü, ömrün; şəkil, şəklin, şəklə, şəkli, şəklim və s.
Əsl Azərbaycan sözlərinə yalnız mənsubiyyət şəkilçisi artırdıqda köklərin son saiti düşür. Bu sözlər saitlə başlanan hal şəkilçiləri qəbul etdikdə söz kökləri dəyişməz qalır. Məs:
Hal şəkilçisi ilə Mənsubiyyət şəkilçisi ilə
Beyin-in quruluşu Uşağın beyn-i
Boyun-un arxası Sənin boyn-un
Çiyin-in əzələsi Onun çiyn-i

İsimlərin Şəxsə Görə Dəyişməsi

İsimlər şəxsə görə aşağıdakı formada dəyişir:
·        Mən tələbə+yəm Biz tələbə+yik
·        Sən tələbə+sən Siz tələbə+siniz
·        O, tələbə+dir Onlar tələbə+dirlər
Mənsubiyyət və şəxs (xəbərlik) şəkilçiləri şəxslə bağlıdır.
Qeyd: III şəxsin xəbərlik şəkilçisi –dır4 tələffüz olunduqda “r” samiti deyilmir. Məs: şagirddir [şagirddi]
Xəbərlik şəkilçisi bəzən ixtisar oluna bilər. Məs: Mən müəlliməm, sən isə şagird.

İsmin cümlədə rolu

İsimlər cümlədə, daha  çox mübtəda və tamamlıqolur. İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən başqa cümlə üzvləri vəzifəsində də işlənə bilir. Məsələn: Anar şagirddir (mübtəda və xəbər). O, məktəbdə oxuyur (zərflik), Dəmirçi dəmir qapını döyür (mübtəda, təyin və tamamlıq).


İsmin morfoloji təhlil qaydası


Morfoloji təhlil zamanı ismin aşağıdakı əlamətləri göstərilir:
1.     İsmin sualı və başlanğıc forması
2.     Quruluşca növü
3.     Ümumi və ya xüsusi (konkret və ya mücərrəd) isim olması
4.     Tək və ya cəm olması
5.     Mənsubiyyət şəkilçisi (əgər varsa) və halı
6.     Cümlədəki vəzifəsi
Nümunə: Aygün bağçada anasına kömək edir.
Aygün - kim? sulına cavab olar. Başlanğıc formadadır. Quruluşca mürəkkəbdir: ay və gün isimlərindən yaranıbdır. Xüsusi isimdir. Təkdədir. Adlıq haldadır. Cümlədə mübtədadır.
Bağçada - harada? sualına cavab olur. Başlanğıc forması: bağça. Quruluşca düzəltmədir: bağ-ça. Ümumi isimdir. Təkdədir. Yerlik haldadır. Cümlədə zərflikdir.
Atasına - kimə? sualına cavab olur. Başlanğıc forması: ata. Quruluşca sadədir. Ümumi isimdir. Təkdədir. III şəxs təkin mənsubiyyət şəkilçisini qəbul etmişdir: atası. Yönlük haldadır ata-sı-na. Cümlədə tamamlıqdır.

1 yorum:

  1. Bu səhifədə işimizə yarayacaq çox material əldə etmək olar.Tövsiyə edirəm.

    YanıtlaSil