Google Add

uuuuuuuuuuuuuu

Sayfalar

MODAL SÖZLƏR


Danışanın ifadə etdiyi fikrə münasibət bildirən sözlərə modal sözlər deyilir.

Modal sözlərin mənaca aşağıdakı növləri vardır:

1. Təsdiq bildirən modal sözlər:  əlbəttə (əlbəttə ki), doğrudan (doğrudan da), həqiqətən, sözsüz, şəksiz, şübhəsiz (şübhəsiz ki), doğrusu (doğrudur) , düzü (düzdür), yaxşı və s. Məsələn: Əlbəttə ki, düz sözə zaval yoxdur. Doğrudan da,insan gücü tükənməzdir və s.

2. Güman və şübhə bildirən modal sözlər:  gərək ki, yəqin (yəqin ki), görünür, ehtimal ki, deyəsən, bəlkə, güman ki, olsun ki,yoxsa  və s.  Məsələn: Görünür, düşmən bizim zəif yerimizi bilir.

3. Nəticə, ümumiləşdirmə bildirən modal sözlər: deməli, yaxşı, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət , qısası , əlqərəz və s.  Məsələn: Deməli, qərarımız qətidir. Beləliklə, biz oranı tərk etməli olduq və s.

ƏDAT

Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə ədat deyilir.
Ədatları işləndiyi cümlələrdən çıxarsaq, həmin cümlələrin mənası müəyyən dərəcədə zəifləyə bilər. Məsələn: Artıq gözlədiyimiz gün gəlib çatdı. Bu cümləni artıq ədatı olmadan da işlətmək olar və ondakı məna dəyişməz, yalnız bir qədər zəifləmiş olar. Deməli, ədatların əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirmək və dinləyicinin diqqətini müəyyən bir cəhətə daha artıq yönəltməkdir.

BAĞLAYICI

Bağlayıcı – cümlə üzvləri və ya cümlələr (bəzən də abzaslar) arasında əlaqə yaradan, onları qrammatik cəhətdən bir-birinə bağlayan köməkçi nitq hissəsidir.

Cümlədəki vəzifəsinə (sintaktik vəzifəsinə) görə bağlayıcılar iki növə bölünür: tabesizlik bağlayıcıları tabelilik bağlayıcıları.

TABESİZLİK BAĞLAYICILARI

Həm sadə cümlədə, həm də tabesiz mürəkkəb cümlələrdə işlənir. Sadə cümlələrin həmcins üzvlərini, tabesiz mürəkkəb cümlələrin isə tərkib hissələrini bir-birinə bağlayır.

QOŞMA

İsmin müxtəlif hallarında olan sözlərə qoşularaq, müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsinə qoşma deyilir.
Qoşmalar, əsasən, isimlərə, əvəzliklərə, məsdərlərə, bəzi zərflərə, eləcə də isimləşən başqa sözlərə də qoşula bilir. Məsələn: Onlar Akiflə razılaşdılar. Oxumaq üçün kitabxanaya getdik. Dünənə kimi hava isti idi. Oxuduğuma görə imtahanda yaxşı nəticə göstərdim.

KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ

Köməkçi nitq hissələrinin ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, əsasən, leksik şəkilçi qəbul edib dəyişmir, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur.

Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Qoşma, bağlayıcı, ədat, modal sözlər nida köməkçi nitq hissələridir.

FEİL


Feil qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. feillər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək? nə etdi? nə edəcək? və s. suallarından birinə cavab olur. Feilləri başqa nitq hissələrindən fərqləndirən digər qrammatik xüsusiyyətlər bunlardır:

1. Şəxsə və kəmiyyətə görə dəyişir. Məsələn: Mən yazıram. və s
2. Təsdiq və inkarda olur. Məsələn: yazmaq-yazmamaq, gəlmək-gəlməmək və s.
3. Zaman bildirir (keçmiş, indiki, gələcək). Məsələn: yazdı, yazır, yazacaq va s.
4. Təsirli və təsirsiz olur. Məsələn: yazmaq (nəyi?), baxmaq (nəyə?) və s.

Feillər də isimlər kimi dilimizdə çoxluq təşkil edir.